Robert Fitso öz vəzifəsinə qayıtdığını elan edib

10-07-2024, 11:58           
Robert Fitso öz vəzifəsinə qayıtdığını elan edib
Slovakiyanın Baş naziri Robert Fitso öz vəzifəsinə qayıdıb.

APA xəbər verir ki, hökumət başçısı bu barədə sosial şəbəkədə paylaşım edib.

“Əziz mütərəqqi liberal media və müxalifət, sağ qaldığım üçün üzr istəyirəm, amma mən qayıtdım”, - Fitso qeyd edib.

Xatırladaq ki, 59 yaşlı Robert Fitso mayın 15-də silahlı hücuma məruz qalıb.

71 yaşlı şair Yurai Tsintula ona yaxın məsafədən atəş açıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.