Fransa polisinə Olimpiadaya görə qəribə qadağa

19-07-2024, 17:34           
Fransa polisinə Olimpiadaya görə qəribə qadağa
Polis əməkdaşları qarşıdan gələn Olimpiadada qonaqpərvər Fransa obrazını yaratmalıdırlar, buna görə də onlara mobil telefondan və saqqızdan istifadə etmək qadağan olunacaq.

Oxu.Az smotrim.ru-ya istinadən xəbər verir ki, bunu Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirib.

Darmanen polis üçün keçirdiyi brifinqdə dünyanın hər yerindən nümayəndə heyətlərini qəbul etməyə hazırlaşan ölkənin imicindən narahat olduğunu dilə gətirib. Onun sözlərinə görə, sadəcə bir-iki polis əməkdaşının səhvi qəzet qalmaqalına səbəb ola bilər.

Nazir polisə bildirib ki, olimpiada zamanı "saqqız çeynəmək olmaz". Polis məmurları möhkəmlik və təhlükəsizlik imicini əks etdirməlidirlər.

"...Biz cib telefonlarımıza baxmırıq, insanları salamlayırıq və istənilən şəraitdə sakit qalırıq", - Darmanen bildirib.

Məmur tabeliyində olanlara daim gülərüz, nəzakətli və qonaqpərvər olmalarını arzulayıb. O əlavə edib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının "ikinci dəfə ilk yaxşı təəssürat yaratmaq" şansı olmayacaq.

Qeyd edək ki, hər gün orta hesabla təxminən 35 min polis və jandarm Olimpiadanın təhlükəsizliyini təmin edəcək. Oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.