Litvanın xarici işlər naziri pişiyə rəsmi "vəzifə verdi"
20-07-2024, 18:54
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis nazirliyin həyətindən xilas etdikləri pişik balasını rəsmi nazirlik pişiyi elan edib.
Bu barədə Landsbergis "X" hesabında etdiyi paylaşımda bildirir.
"Bu, Ranqodur. Həyətimizdəki Ranqo xilas edildi və dərhal Litva Respublikası Xarici İşlər Nazirliyinin rəsmi pişiyi vəzifəsinə yüksəldi", - deyə nazir açıqlamasında qeyd edib.
Nazirin bu bəyanatı qısa müddətdə minlərlə bəyənmə toplayıb.