ABŞ Rusiya və Çin peyklərini sıradan çıxaracaq

21-07-2024, 15:08           
ABŞ Rusiya və Çin peyklərini sıradan çıxaracaq
Birləşmiş Ştatlar münaqişə zamanı Çin və Rusiya peyklərinin ABŞ qoşunları haqqında məlumat ötürməsinin qarşısını almaq üçün yeni yerüstü siqnal maneə sistemini yerləşdirməyi planlaşdırır.

Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, Pentaqon Kosmik Xidməti sistemi ilk dəfə bu ilin əvvəlində iki fərqli yerdə sınaqdan keçirib.

Qeyd edilir ki, qurğular ABŞ peyklərini Çin və ya Rusiyanın müdaxiləsindən qorumaq üçün deyil, "düşmənin peyk rabitəsi imkanlarına məhdudiyyət" üçün nəzərdə tutulub.

ABŞ-nin 24 uzaq modul terminalından ilk 11-ni aylar ərzində istifadəyə verməsi planlaşdırılır. Sistem tam olaraq dekabrın 31-də açıqlanmayan yerlərdə quraşdırıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru