ABŞ və Böyük Britaniya Yəmənə hava zərbələri endirib

22-07-2024, 08:44           
ABŞ və Böyük Britaniya Yəmənə hava zərbələri endirib
ABŞ və Böyük Britaniya Yəmənin Hudeyda əyalətinə dörd hava zərbəsi endirib.

Bu barədə Yəmənin Ənsar Allah (Husi) şiə hərəkatının nəzarətində olan “Əl Məsirə” kanalı məlumat yayıb.

"ABŞ və Böyük Britaniya Əl-Salif bölgəsindəki Ras İsa bölgəsinə dörd hava hücumu həyata keçirib", - telekanal iddia edib.

Qeyd edək ki, iyulun 20-də İsrail ABŞ-la birlikdə Yəmənin Hudeyda limanına hava hücumu həyata keçirib. İyulun 21-də isə Yəmən husiləri İsrailin Eylat şəhəri yaxınlığında və Qırmızı dənizdə Amerika gəmisi “Pumba”ya ballistik raket və pilotsuz təyyarələrlə zərbələr endiriblər. Hərəkatın sözçüsü Mohammed Abdessalam deyib ki, İsrailin hava hücumlarına cavabda hər hansı sərhəd və ya qırmızı xətt olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru