İsveç miqrantların vətənlərinə qayıtması üçün maliyyə dəstəyini 35 dəfə artıracaq
13-09-2024, 16:54
İsveç hökuməti miqrantları vətənlərinə köçməyə həvəsləndirmək üçün maliyyə dəstəyini 35 dəfə artırmaq niyyətindədir.
Bu barədə hökumət aparatının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, büdcə layihəsində hökumət miqrasiya siyasətinə 2025-ci ildə 513 milyon kron (49,63 milyon ABŞ dolları), 2026-cı ildə 2 milyon 559 milyon kron (247,55 milyon ABŞ dolları), 2027-ci ildə isə 1 357 milyon kron (137 milyon ABŞ dolları) ayıracaq.
Hökumət qaçqınların qəbulu və geri qaytarılmasının, qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin daha səmərəli aparılmasını təklif edir. Bəyanatda o da vurğulanır ki, vəsait həmçinin dələduzluq, sui-istifadə, “kölgə cəmiyyəti” ilə mübarizə, əcnəbilər üzərində daxili nəzarətin genişləndirilməsi və miqrasiya məhkəmələrinin büdcələrinin artırılması üçün istifadə olunacaq.
Qeyd edək ki, öz ölkələrinə qayıtmaq istəyənlər üçün maliyyə dəstəyi İsveçdə 1984-cü ildən mövcuddur. Hazırda o, adambaşına 10 min kron (935 ABŞ dolları), ailə başına isə maksimum 40 min kron (3,7 min ABŞ dolları) təşkil edir. Səlahiyyətlilərin məlumatına görə, 2026-cı ilə qədər adambaşına düşən dəstəyin 350 min krona (təxminən 34 min ABŞ dolları) qədər çatdırılması təklif edilir.