Makronun varisi kim olacaq?

13-09-2024, 15:25           
Makronun varisi kim olacaq?
Fransa seçicilərinin üçdə birindən çoxu 2027-ci ildə keçiriləcək növbəti prezident seçkisində Milli Birlik parlament fraksiyasının rəhbəri Mari Le Penə səs verməyə hazırdırlar.

Oxu.Az xəbər verir ki, bu barədə Fransa İctimai Rəy İnstitutu (İFOP) məlumat yayıb.

Sosioloqların fikrincə, "seçicilərin təxminən 35%-i birinci turda Le Penə səs verməyə hazırdır". O, yüksək vəzifəyə digər iki ehtimal namizədi - keçmiş baş nazirlər Eduard Filip və Qabriel Attalı qabaqlayıb. Birinci turda onların müvafiq olaraq 27% və 24% səs qazanacaqlarına inanılır.

Sorğu sentyabrın 6-dan 9-dək 18 yaşdan yuxarı 1 100-dən çox respondentin iştirakı ilə keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru