Rusiya NATO texnikalarının sərgisini keçirir

13-09-2024, 18:49           
Rusiya NATO texnikalarının sərgisini keçirir
Ukraynadakı müharibə zamanı qənimət kimi ələ keçirilmiş NATO hərbi texnikaları Novosibirsk şəhərinin Pimenov meydanında nümayiş olunacaq.

Bu barədə Rusiya Mərkəzi Hərb Dairəsindən məlumat verilib.

Məlumata görə, sərginin əsas hissəsində Ukrayna, ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrdə istehsal olunan 14 texnika nümayiş etdirilir. Onların arasında “Abrams” tankı, “M113”, “Kozak”, “Kirpi” zirehli transportyorları, “Marder” və “Bredli” piyadaların döyüş maşınları, “Mastiff”, “Pinzqauer” maşını var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru