Serbiya hərbi xidmətə qayıtmağı planlaşdırır

14-09-2024, 08:34           
Serbiya hərbi xidmətə qayıtmağı planlaşdırır
Serbiya hakimiyyəti məcburi hərbi xidmətin geri qaytarılmasını dəstəkləyir.

RTV kanalı xəbər verir ki, bu barədə ölkənin baş nazir Miloş Vuçeviç danışıb.

Onun sözlərinə görə, hökumət siyasi və sosial razılıq əldər edərsə, tez bir zamanda qanun qəbul edəcək.

Serbiyanın baş naziri əlavə edib ki, aprel ayında çağırışla xidmətin bərpası üzrə təkliflər hazırlanıb. Prezidenti Aleksandr Vuçiç bu müddətin qısa olmasını (60 gün təlim və əlavə 15 gün tədris məşqləri) tövsiyə edib.

“Bu, müharibələrə və münaqişələrə hazırlıq deyil, dövlət üçün qayğıdır. Beləliklə, dövlətimiz silahlı qüvvələrin zərbə qüvvəsi olan Serbiya ordusunun peşəkar tərkibini ləğv etmir. Peşəkar ordu ən çətin vəzifələri yerinə yetirir. Bu yolla biz ehtiyat ordunun gücünü bərpa edəcəyik”, - Serbiyanın baş naziri izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru