Rohinca qaçqınları Hindistan düşərgəsindəki "mənfur" şəraitə etiraz edirlər
16-09-2024, 10:08
İllərdir Hindistanın şimal-şərqindəki Assam ştatında tranzit düşərgəsində saxlanılan 100-dən çox Rohinca qaçqını aclıq aksiyasına başlayaraq, Yeni Dehlidə BMT-nin qaçqın agentliyinə təhvil verilmələrini, Hindistan paytaxtında saxlanma mərkəzinə köçürülmələrini və üçüncü ölkəyə yerləşdirilmə prosesinin başladılmasını tələb edib.
103 müsəlman Rohinca qaçqını bazar ertəsindən bəri əksəriyyəti ölkəyə qeyri-qanuni daxil olan immiqrantların saxlanıldəğı Matia Tranzir Düşərgəsində aclıq aksiyası keçirir. Yerli rəsmilər deyir ki, Myanmadan olan 30 xristian Çin qaçqını da Rohincalarla həmrəylik nümayişi olaraq aclıq keçirir.
Düşərgənin yerləşdiyi Qolpara rayonunda orta vəzifəli polis zabiti cümə axşamı Amerikanın Səsinə bildirib ki, Daxili İşlər Nazlirlinin ştatdakı qərargahından yüksək rütbəli məmurları məsələni araşdırmaq üçün yola düşüblər.
Hindistanda fəaliyyət göstərən və vəziyyətə nəzarət edən Rohinca hüquqları fəalı Sabir Kyav Min deyib ki, saxlama mərkəzində qaçqınlar pis gigiyenik şəraitdə yaşayır və “qeyri-insani rəftar”la üzləşir.
“Bizim insanlarımız Myanmada soyqırımdan qaçaraq, Hindistana sığınıb. Bizim ölkəmiz bizim üçün getdikcə təhlükəsiz olmağa davam edir. Amma biz burada təqiblə üzləşirik – bizin insanlarımız Hindistanda həbs edilir,” Rohinca İnsan Hüquqları Təşəbbüsünün başçısı Min Amerikanın Səsinə bildirib.
Hindinstan nə BMT-nin 1951-ci Qaçqın Konvensiyasını, nə də onun 1967-ci il Protokolunu imzalayəb və bütün Rohinca qaçqınlarını “qanunsuz immiqrantlar” olaraq görür, baxmayaraq ki, onlar onillərdir ölkədə dinc bir şəkildə yaşayır.
Ancaq Narendra Modinin hindu millətçi Bharatiya Canta Partiyası 2014-ci ildə hakimiyyətə gələndən bəri, Rohinca qaçqınları Hindistanda çətinliklərlə üzləşiblər.
Hindistanın Daxili İşlər Nazirliyinin son illərdə dəfələrlə verdiyi göstərişlərindən sonra Hindistan ştatları ölkəyə qanunsuz şəkildə daxil olmaq ittihamı ilə Rohinca qaçqınlarını həbs etməyə başlayıb.
BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, Hindistanda 676 Rohinca saxlanılıb. Ancaq Rohincaların hüququarının müdafiəçiləri bu rəqəmin 1000-ə yaxın olduğunu deyir.
Min bildirib ki, bir çox halda Rohinca qaçqınları “qeyri-qanuni şəkildə” saxlanılır.
Bu yaxınlarda Hindistandan Banqladeşə geri dönən Rohinca qaçqını Can Məhəmməd cümə gün Amerikanın Səsinə bildirib ki, Matia düşərgəsindəki qohumu ona deyib ki, oradakı Rohincalar işgəncəyə məruz qalır.
Amerikanın Səsinin Assam-da daxili işlər nazirliyinə göndərdiyi şərh məktubuna hələ ki, cavab verilməyib.