Daha bir ölkə BRICS-ə qoşulmaq istəyir

16-09-2024, 17:59           
Daha bir ölkə BRICS-ə qoşulmaq istəyir
Myanma BRICS-də müşahidəçi ölkə olmaq istəyir.

TASS xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Maunq Maun məlumat verib.

Maun Rusiya ilə münasibətlərdən də danışıb. O qeyd edib ki, iki ölkə arasında diplomatik əməkdaşlıq 76 ildir ki, inkişaf edir. Bu da dövlətlərin eyni istiqamətdə irəliləməsindən xəbər verir.

"Rusiya Prezidenti Vladimir Putinlə liderimizin fikirləri oxşardır, ona görə də tərəfdaşlığın inkişafı davam edəcək", - o əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Putin BRICS-ə 34 ölkənin qatılmaq istədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru