Pezeşkian: İran nüvə silahı əldə etməyə çalışmır

17-09-2024, 09:35           
Pezeşkian: İran nüvə silahı əldə etməyə çalışmır
İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin ABŞ və Avropa onu təhdid edərək raket proqramlarını inkişaf etdirməkdən imtina etməyə məcbur edir.

Bunu İran Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi ilk mətbuat konfransında deyib.

“Biz nüvə silahı əldə etməyə çalışmırıq. ABŞ və Avropa raket proqramlarını dayandırmağımız üçün bizi təhdid edir. Əgər bizim raketlərimiz olmasa, onlar Qəzza zolağına olduğu kimi, bizə də bomba atacaqlar”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru