Rus hərbçilər Ermənistanda öldü

17-09-2016, 14:48           

Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Lori vilayəti ərazisində, Vanadzor-Spitak yolunda bu gün səhər baş verib.

20 yaşlı Rusiya vətəndaşının idarə etdiyi “Volksvagen Qolf” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb, sürücü və daha bir nəfər isə müxətlif xəsarətlər alıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.

Ölən və xəsarət alanların hamısının Rusiya hərbi bazasının hərbi qulluqçuları olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru