Rusiya KQB-ni geri qaytarır - Plan

19-09-2016, 12:52           

Rusiya 2018-ci ilə qədər Federal Təhlükəsizlik Xidmətinin (FSB) əsasında Dövlət Təhlükəsizlik Nazirliyi yaradılmasını planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Moskvanın bununla FSB-yə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin funksiyalarının qaytarılmasını planlaşdırdığını bildirib:

“Yeni strukturun tərkibinə Xarici Kəşfiyyat Xidməti və Federal Mühafizə Xidmətinin əksər bölmələri daxil olacaq. Yeni nazirlik həmçinin yeni funksiyalar da qazanacaq. Üstəlik, bu nazirlik İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir sıra məsələlərə də nəzarət imkanı qazanacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru