400 il işləyəcək batareya yaradıldı – VİDEO

19-09-2016, 13:02           

Kaliforniya Universitetinin komandası uzun müddət işləyən akkumulyator yaradıb. Nanobatareyanın əsas özəlliyi odur ki, 200 min dəfə enerji ilə doldurula bilər.

Həmin nanobatareya universitetin aspirantı tərəfindən təsadüfən yaradılıb. O, xüsusi naqillər dəstini manqan dioksidə yerləşdirdikdən ora pleksiqlasa oxşar elektrolit geli əlavə edib. Çoxlu sayda enerjidoldurmadan sonra nanonaqillər zədələnməyib. Belə ki, adi noutbukun akkumulyatoru bir neçə yüz dəfə enerjidoldurmaya hesablandığı halda, yeni yaradılmış batareya təxminən 400 il işləyəcək.
Hələ ki nanobatareya üzərində iş aparılır və kommersiya məhsulunun buraxılışı yaxın gələcəkdə əlçatan olacaq.

(lent.az)
[media=https://www.youtube.com/watch?v=lzFzBpwl8aU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru