Baronun qızını öldürdülər

19-09-2016, 23:19           
Baronun qızını öldürdülər
Manilada ingilis baronunun qızı naməlum şəxslər tərəfindən öldürülüb. Onun Filippin hökumətinin narkotiklərə elan etdiyi müharibənin qurbanı olması ehtimal edilir.
Gununsesi.info “RİA” Novostiyə istinadən xəbər verir ki, 45 yaşlı Mariya Avrora Moynixanın cəsədi sentyabrın 10-da Manila küçələrinin birində tapılıb. Polis baş inspektoru Titi Cey Kudenin Frans-Press Agentliyinə verdiyi məlumata görə, qatillər cəsədin yanına təxminən bu məzmunda məktub da qoyublar: “məşhurlar arasında narkotik satışında” .
Mənbə qeyd edir ki, Filippin vətəndaşlığına malik Britaniya təbəəsi 2013-cü ilin fevralında narkotiklərin saxlanılmasında ittiham edilərək Manilanın şəhərinin yaxınlığında həbs edilib. Amma az sonra girov müqabilində azad edilib.
Öldürülən qadının atası Lidsdən olan üçüncü baron Entoni Patrik Endryu Keyns Berkli Moynixan 1960-cı illərin sonlarında Britaniyada dələduzluq ittihamlardan gizlənmək üçün Filippinə qaçıb. 1991-ci ildə o Manilada idarə etdiyi fahişəxana şəbəkələrindən birində ölüb.
Qeyd edək ki, Filippinin hazırki prezidenti Rodriqo Roa Duterte may ayında keçirilən prezident seçkilərində səs çoxluğunu qazanaraq hakimiyyətə gəlib. O, narkotik asılığı və narkotik alverçiləri ilə iri miqyaslı mübarizəyə başlayıb. Polisin məlumatlarına əsasən, ölkədə Dutertenin hakimiyyətə gəlişindən bu yana narkototik ticarəti, həmçinin bu sferada cinayətlərin araşdırılmasının gedişatı ilə bağlı təxminən 2,4 min insan öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru