“İldırımsürətli müharibə” başlayır – ÜÇ MƏRHƏLƏDƏ

20-09-2016, 08:09           
“İldırımsürətli müharibə” başlayır – ÜÇ MƏRHƏLƏDƏ
İŞİD-in əlində olan Əl-Bab şəhərinin təmizlənməsi üçün həyata keçiriləcək əməliyyat 3 mərhələdə reallaşacaq. Türkiyə mediası xəbər verir ki, ilk hədəf Türkiyə-Suriya sərhədindəki Çobanbəy qəsəbəsi ilə Əl-Bab şəhəri arasındakı 20 kəndi ələ keçirməkdir.
Əməliyyatda əsas yeri türkmanlardan təşkil olunan “Sultan Murad”, “Fateh Sultan Mehmet” və “Hələb 1” briqadaları ilə ərəblərdən ibarət olan 3 min nəfərlik Azad Suriya Ordusu tutacaq.
1. Əməliyyatın ilk mərhələsində Çobanbəy ilə Əl-Bab arasındakı ərazi terrorçulardan təmizlənəcək. Daha sonra Əl-Babın ətrafına döşənilən minalar məhv ediləcək. Bu işi xüsusi təlim alan “Hələb 1” briqadası görəcək.
2. Minaların təmizlənməsindən sonra “Sultan Murad”, “Fateh Sultan Mehmet” və “Ahrar uş-Şam”dan ibarət olan üç qrup Əl-Baba doğru irəliləyəcək. Bu əməliyyatda ABŞ-ın 30 hərbçidən ibarət xüsusi təyinatlı qrupu iştirak edəcək.
3. Türkiyə Silahlı Qüvvələri birbaşa qarşıdurmada iştirak etməyəcək. Tanklar və zirehli birliklər İŞİD-in hədəflərinə arxa xətdən zərbələr endirəcək. Azad Suriya Ordusu İŞİD-in hədəflərinin məhvindən sonra Əl-Baba doğru irəliləyəcək.
Əməliyyata koalisiya qüvvələrinin təyyarələri də havadan dəstək verəcək. Xüsusilə, İŞİD döyüşçülərinin sıx mövqe tutduğu ərazilər koalisiya təyyarələri tərəfindən güclü bombardman ediləcək. İŞİD-dən təmizlənəcək ərazidə uçuşa qadağan təhlükəsiz bölgənin yaradılması nəzərdə tutulur. 48 kilometr enində və 98 kilometr uzunluğundakı ərazinin ölçüsü təxminən 5 min kvadrat kilometrdir. Təhlükəsiz bölgənin tamamlanması üçün Əl-Babın şərq və qərbindəki çöl ərazilərin İŞİD-dən təmizlənməsi nəzərdə tutulur. Əməliyatın isə qısa müddətə başa çatdırılması planlaşdırılır. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru