Rusiyada prezidentliyə ilk namizədin adı məlum oldu

20-09-2016, 09:09           

Sankt-Peterburqun qanunverici orqanındakı “Yabloko” fraksiyasının rəhbəri Qriqori Yavlinski prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, Dövlət Dumasına seçkilərdəki uğursuzluq onun prezident kürsüsü uğrunda mübarizəsinə heç cür təsir göstərə bilməz.

“Hesab edirik ki, bizim partiya prezident seçkilərində ən fəal iştirakçılardan biri olacaq. Bunun mənim namizədliyimlə olması da mümkündür. Qısaca desək, mən bu gün “Yabloko” partiyasının prezidentliyə namizədiyəm. Bu, namizəd olmaq mənim indiki borcumdur. Bu günə hələ ki mövqe dəyişməyib”, - Yavlinski söyləyib.

Sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərdən sonra məlum olub ki, “Yabloko” 1,48 faiz səs toplayıb. Bu isə partiyanın parlamentə yer almasına kifayət etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru