Antropoloq Ceyn Qudall Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp haqda danışıb.
Axar.az xəbər verir ki, uzun illər primatlarla bağlı araşdırmalar aparan Qudall Trampın şimpanzelərlə oxşar xüsusiyyətlərə malik olduğunu bildirib.
“Trampın hərəkətləri mənə erkək şimpanzeləri xatırladır. O da şimpanzelərin rəqiblərini qorxutmaq və öz ərazilərini qorumaq üçün etdiyi hərəkətləri edir”, - deyə xanım antropoloq qeyd edib.