Moskvada dəhşətli yanğın - 8 yanğınsöndürən öldü

23-09-2016, 14:18           
Moskvada dəhşətli yanğın - 8 yanğınsöndürən öldü
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Moskvanın Amur küçəsində plastik məmulatlar anbarının yağın baş verən ərazisindən 8 yanğınsöndürənin meyitini aşkar ediblər.

AzVision.az`TASS`-a istinadən xəbər verir ki, yanğınsöndürənlər güclü alov, yüksək temperatur və qatı tüstü səbəbindən xilas ola bilməyib.
Məlumata əsasən yanğınsöndürənlər anbarda olan qaz balonları və kompressorların partlayışının qarşısının alınması məqsədilə soyutma işləri üçün binanın damında su ehtiyatı toplamaq istəyiblər.

"Onlar hadisə yerinə hamıdan əvvəl gələrək yanğın kəşfiyyatı aparıb, 100-dək işçisini təxliyə ediblər. Lakin yanğın nəticəsində anbarın damı çöküb və yanğınsöndürənlər dağıntılar altında qalaraq həyatlarını itiriblər", - deyə FHN-nın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, yanğın artıq söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru