Təzəkdən "bombalar": Hindistanda qəribə festivaldan qeyri-adi görüntülər

10-11-2024, 16:24           
Təzəkdən "bombalar": Hindistanda qəribə festivaldan qeyri-adi görüntülər
Hindistanda təzəklərlə döyüş festivalı keçirilib.

"360TV" "Telegram" kanalının verdiyi məlumata görə, inək peyini vasitəsilə döyüşmək üçün yüzlərlə insan Andra-Pradeş ştatına toplaşıb.

Qeyd edək ki, bu tədbir Hindistan təqviminə görə Yeni il münasibətilə keçirilir. Sözügedən əyləncə zamanı bir çox insan xəsarət alır, lakin belə xəsarətlərin xoşbəxtlik və uğur gətirdiyi hesab edilir.

Bununla bağlı sosial şəbəkələrdə yayımlanan görüntülərdə meydanda toplaşan hindlilərin "müqəddəs heyvanların" peyinindən hazırlanmış toplarla bir-birinə hücum etdiyi görünür. "Döyüş" mahnı və rəqslərlə başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru