Qatarların hərəkəti tamamilə dayandırıldı

26-12-2024, 09:24           
Qatarların hərəkəti tamamilə dayandırıldı
Norveç hakimiyyəti ölkədə bütün qatarların hərəkətini dayandırıb.

TNS xəbər verir ki, bu barədə Norveç dəmir yol hərəkətinin inkişafı və idarə edilməsi üzrə dövlət agentliyinin saytında bildirilib.

Hərəkətin dayandırılması qərarı qatarlar və idarəetmə mərkəzi arasında rabitə sistemində yaranan nasazlıqla bağlıdır.

Problem yerli vaxtla 7:55-də (Bakı vaxtı ilə 10:55) məlum olub. Bundan sonra şirkət bir neçə dəfə görülən işlərin yerli vaxtla saat 20:00-a qədər uzadıldığını elan edib.

Norveçin bəzi şəhərləri dəmir yolu marşrutlarını təkrarlayan avtobusları işə salıb. “Bane Nor” sərnişinləri təyinat yerinə taksi ilə təmin etməyi və ya başqa nəqliyyat vasitələri ilə ora çata bilmədikdə, oteldə yerləşmə haqqını ödəməyi öhdəsinə götürüb. Dəmir yolu əlaqəsinin nə vaxt bərpa ediləcəyi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru