Tramp Panama kanalı və Qrenlandiyaya nəzarəti ələ keçirməyi təklif edir

Dünən, 16:18           
Tramp Panama kanalı və Qrenlandiyaya nəzarəti ələ keçirməyi təklif edir
ABŞ Prezidenti seçilən Donald Trampın vəzifəsinin icrasına bir aydan az vaxt qalıb və o, ABŞ-ın Panama kanalı üzərində nəzarətini bərpa etməklə hədələyib və Qrenlandiyanı Danimarkadan almaq çağırışlarını yeniləyib.

Qrenlandiya, buzla örtülmüş yarım-muxtar Danimarka ərazisi, yenidən ABŞ-ın prezidenti seçilən Donald Trampın diqqət mərkəzindədir. Bazar günü Danimarkaya yeni səfirinin adını açıqlarkən Tramp yazıb ki, “Bütün dünyada Milli Təhlükəsizlik və Azadlıq məqsədləri üçün Amerika Birləşmiş Ştatları Qrenlandiyaya sahiblik və nəzarəti mütləq zərurət hesab edir.”

Tramp həmçinin bazar günü Panama kanalının nəzarətini geri ala biləcəyinə eyham vurub. O, Panamanın mühüm daşıma marşrutundan istifadə üçün aldığı ödənişi “tam bir soyğun” adlandırıb.

“Əgər bu səxavətli ianə jestinin həm mənəvi, həm də hüquqi prinsiplərinə əməl edilməzsə, o zaman biz Panama kanalının tam, tez, və sual edilmədən bizə qaytarılmasını tələb edəcəyik,” Tramp deyib.

Ölkə prezidenti Hose Raul Mulino Trampın həddindən artıq ödəniş aldıqlarına dair ittihamlarını rədd edərək, deyib ki, kanalın hər bir qarışı Panamaya məxsus olmağa davam edəcək.

“Tariflər şıltaqlıq deyil. Onlar açıq dinləmədə bazar şəraiti, beynəlxalq rəqabət, əməliyyat xərcləri və okeanlararası su yolunun qorunub saxlanması və modernləşdirilməsi ehtiyacları nəzərə alınmaqla açıq bir şəkildə müəyyən edilir,” Panama Prezidenti Hose Raul Mulino deyib.

Danirmarka Baş naziri Metter Frederiksen də Trampa cavab verərək, Qrenlandiyanın satılmadığını söyləyib.

Trampın ilk olaraq 2019-cu ildə Qrenlandiyanı almaq çağırışları heç bir nəticə verməmişdi.

Ancaq indi onun, ikinci vəzifə müddətində hazırlaşdığı bir vaxtda etdiyi bəyanatlar bəzi müttəfiqlər və tərəfdaşları narahat edir.

Buna Kanada da daxildir. Tramp Baş nazir Castin Trudonu “qubernator” çağıraraq, ABŞ-ın şimal qonşusunu tərkibinə daxil edə biləcəyinə eyham vurub və ölkəyə 25 faizlik tarif tətbiq etməklə hədələyib.

Trampın son məqsədinin nə olduğu bəlii deyil. Amma bazar ertəsi onun oğlu Erik Tramp sosial mediada prezident seçilən Trampın Kanada, Qrenlandiya və Panama kanalıını onlayn alış-veriş vebsaytı Amazondan aldığını göstərən montaj edilmiş şəkil paylaşıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.