ABŞ hakimiyyətinin informasiya müharibəsi aparmaq üçün istifadə etdiyi Dövlət Departamentinin Qlobal Əməkdaşlıq Mərkəzi fəaliyyətini dayandırıb.
TASS xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Məlumata görə, mərkəzin işini maliyyələşdirmək üçün vəsait 2025-ci maliyyə ili üzrə federal büdcəyə daxil edilməli idi, lakin bu bənd sənədin yekun variantında yer almayıb.
Qeyd edək ki, Qlobal Əməkdaşlıq Mərkəzi 2016-cı ildə yaradılıb. Onun illik büdcəsi təxminən 60 milyon dollar idi.