Ukrayna Rusiya qüvvələrinin 31 pilotsuz təyyarəsindən 20-ni vurub

Dünən, 16:24           
Ukrayna Rusiya qüvvələrinin 31 pilotsuz təyyarəsindən 20-ni vurub
Ukrayna hərbçiləri cümə axşamı bildiriblər ki, Rusiya qüvvələrinin gecə ərzində hücuma keçdiyi 31 pilotsuz təyyarəsindən 20-ni vurub.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, hücumlar Çerniqov, Dnepropetrovsk, Xarkoiv və Kyiv vilayətləri üzərində həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı Volqoqrad, Voronej və Belqorod vilayətləri üzərində Ukraynaya məxsus 5 pilotsuz təyyarənin məhv edildiyini bildirib.

Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegram-da dron hücumu nəticəsində bir neçə yaşayış binasına və bir evə ziyan dəydiyini, lakin heç kimin xəsarət almadığını bildirib.

ABŞ Prezidenti Co Bayden çərşənbə günü Rusiyanın 106 pilotsuz uçuş aparatı və 78 raketin daxil olduğu kütləvi hücumunu pisləyib.

"Bu hədsiz hücumun məqsədi qışda Ukrayna xalqının istilik və elektrik enerjisinə çıxışını kəsmək və onun şəbəkəsini təhlükə altına atmaq idi. Mən açıq deyim: Ukrayna xalqı sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdir", Bayden deyib.

Bayden deyib ki, "Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi verilibvə daha çoxu yoldadır. Mən Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünün artımını davam etdirməyi əmr etmişəm".

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya “Ukraynada işıqların kəsilməsi” cəhdinin bir hissəsi kimi enerji infrastrukturunu hədəf alıb.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında Ukrayna ordusuna dəstək verən kritik enerji infrastruktur obyektlərinə zərbələr endirildiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.