Rusiyada uşaqların üzərinə düşən yükə görə təhsil standartlarına yenidən baxıla bilər

Dünən, 12:24           
Rusiyada uşaqların üzərinə düşən yükə görə təhsil standartlarına yenidən baxıla bilər
Rusiya Baş nazirinin müavini deyib ki, hökumət ölkədə məktəblilərin yüksək dərs yükü problemindən xəbərdardır, buna görə də federal təhsil standartlarına həm şagirdlər, həm də müəllimlər üçün ağlabatan yük nöqteyi-nəzərindən yenidən baxılmalıdır.
Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Çernışenko federal təhsil standartlarına yenidən baxılması zərurətini açıqlayıb.
"RİA Novosti" bu barədə xəbər verib.
O qeyd edib ki, hökumət ölkədə məktəblilərin yüksək dərs yükü problemindən xəbərdardır, buna görə də federal təhsil standartlarına həm şagirdlər, həm də müəllimlər üçün ağlabatan yük nöqteyi-nəzərindən yenidən baxılmalıdır.
Çernışenko vurğulayıb ki, dövlətin uğurlu inkişafı üçün əsas meyar uşaqların sağlamlığıdır.
Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin məktəbdə həddindən artıq dərs yükünün uşaqların sağlamlığına təsirindən danışıb. O, həmçinin qeyd edib ki, uşaqların 70-80%-i təlim prosesindən yorğunluq hiss edir.
Dövlət Dumasının Təhsil Komitəsinin sədr müavini Yana Lantratova da qeyd edib ki, gündəlik dərslərin sayının azaldılması biliyin keyfiyyətinə xələl gətirmədən şagirdlərin yükünü azalda bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.