Dünyanın yeni möcüzəsi: "Neuralink"in beyin implantı üçüncü şəxsə implantasiya edilib

Bu gün, 11:18           
Dünyanın yeni möcüzəsi: "Neuralink"in beyin implantı üçüncü şəxsə implantasiya edilib
İlon Mask "Neuralink" şirkətinin 2025-ci ilə qədər onu daha 20-30 nəfərə beyin implantının implantasiya etməyi planlaşdırdığını bildirib.
ABŞ-dan olan sahibkar İlon Mask "Neuralink" şirkətinin beyin implantının üçüncü şəxsə uğurla implantasiya olunduğunu və 2025-ci ilə qədər onu daha 20-30 nəfərə implantasiya etməyi planlaşdırdığını bildirib.
"aif.ru" bu barədə məlumat verib.
"Bizdə üç nəfər "Neuralink" implant köçürülmüş şəxs var və onların hamısı yaxşı işləyir... Biz bu il "Neuralink" implantları köçürülmüş daha 20-30 xəstə gözləyirik" - Mask sosial mediada yayımlanan "Stagwell" marketinq şirkətinin direktoru Mark Pennə müsahibəsində bildirib.
Xatırladaq ki, Mask bundan əvvəl gələcəkdə şirkətin beyin implantlarından istifadəsinin normaya çevriləcəyini proqnozlaşdırmışdı.
Bundan əvvəl İlon Maskın şirkəti beyinə qoşulan robot qolun hazırlanmasına başlamışdı. Layihənin məqsədi iflic olan xəstələrə xüsusi beyin implantı vasitəsilə robot qolu idarə etmək imkanı yaratmaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.