Braziliya 2024-cü ildə qəhvə ixracı rekordunu yeniləyib

21-01-2025, 16:44           
Braziliya 2024-cü ildə qəhvə ixracı rekordunu yeniləyib
Bu nəticəyə 2023-cü illə müqayisədə 20% artan "Arabica" və illik müqayisədə 98% artan "Robusta" sortlarının rekord tədarükü səbəb olub.
Ötən il Braziliya xarici bazarlara rekord həcmdə qəhvə tədarük edib. Belə ki, 2023-cü illə müqayisədə bu rəqəm 28,5%, 2020-ci ilin tarixi maksimumu ilə müqayisədə isə 12,8% artıb.
"RİA Novosti"nin nəzərdən keçirdiyi Braziliya Qəhvə Assosiasiyasının materiallarından bu qənaətə gəlmək olar.
"İlin son ayı göstəricilərini nəzərə alaraq, Braziliya 2024-cü ildə ixrac üzrə illik rekordu yeniləyərək 116 ölkəyə 50,443 milyon kisə qəhvə tədarük edib. Bununla da o, 2023-cü illə müqayisədə 28,5% və 2020-ci ilin tarixi maksimumu ilə müqayisədə həcmi 12,8% artırıb", – assosiasiyadan məlumat verilib.

Bu nəticəyə 2023-cü illə müqayisədə 20% artan "Arabica" və illik müqayisədə 98% artan "Robusta" sortlarının rekord tədarükü səbəb olub.
2024-cü ildə ölkə 36,96 milyon kisə "Arabica" göndərib. Bu, ölkə tarixində ən böyük həcmdir - ötən il bütün ixracın 73,2 faizi bu sortun payına düşüb. Qalan həcm "Robusta"dan ibarət olub.
Bundan əvvəl alimlərin qəhvə asılılığının irsi olduğunu aşkar etdikləri barədə məlumat verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru