ABŞ-də İlon Maskın rəhbərlik etdiyi hökumət strukturu yaradıldı

Bu gün, 11:30           
ABŞ-də İlon Maskın rəhbərlik etdiyi hökumət strukturu yaradıldı
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə İlon Maskın rəhbərlik etdiyi hökumətin səmərəliliyi nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Bu barədə “NBC News” məlumat yayıb.

“Bu, dövlət işinin səmərəliliyini artıracaq bir fərmandır”, – Prezidentin köməkçisi sənəd imzalamazdan əvvəl bildirib.

Yeni strukturun əsas məqsədi dövlət xərclərini azaltmaq və federal proqram təminatını özəl sektor standartlarına uyğunlaşdırmaqdan ibarət olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.