Pediofillik qanuniləşdirildi - Şəriətə uyğun olaraq 9 yaşından kiçik uşaqların nikahına icazə verən qanun qəbul edildi

23-01-2025, 09:14           
Pediofillik qanuniləşdirildi - Şəriətə uyğun olaraq 9 yaşından kiçik uşaqların nikahına icazə verən qanun qəbul edildi
İraq parlamenti 9 yaşından kiçik uşaqların nikahına icazə verən qanunu qəbul edib.

TNS xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Yeni qanun 1950-ci illərdən bəri 18 yaşına çatmamış uşaqların nikahına qoyulmuş əvvəlki qadağanı ləğv edir.

Dəyişikliklər İslam məhkəmələrinə evlilik, boşanma və vərəsəlik də daxil olmaqla ailə məsələlərində artan səlahiyyətlər verir.

Qeyd edilib ki, İraq qanunları hazırda əksər hallarda nikah üçün minimum yaş həddi 18-i müəyyən edir. Ötən gün qəbul edilən dəyişikliklər, din xadimlərinin İslam qanunlarını şərhlərinə uyğun idarə etmələrinə imkan verəcək, bəziləri isə qızların erkən yeniyetməlik dövründə və ya İraqda bir çox şiə dini qurumlarına uyğun olan Cəfəri İslam hüququ məktəbinə əsasən 9 yaşında ərə verilməsinə icazə verir.

Bildirilib ki, fəallar iddia edir ki, bu, İraqın 1959-cu ildə ailə qanunlarını birləşdirən və qadınlar üçün təminatları müəyyən edən Şəxsi Vəziyyət Qanununu pozur.

İraq parlamentinin deputatları və qadın haqları qrupları parlamentin 9 yaşından kiçik uşaqların evlənməsinə icazə verən qanunu qəbul etməsinə dəhşətlə reaksiya verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru