Sinoptiklər Kaliforniyanın cənubunda yanğın şəraiti ilə bağlı yeni xəbərdarlıq yayıb

Bu gün, 12:14           
Sinoptiklər Kaliforniyanın cənubunda yanğın şəraiti ilə bağlı yeni xəbərdarlıq yayıb
Çərşənbə günü Kaliforniyanın cənub bölgəsində yanğınsöndürənlər və sakinlər quru və güclü küləklərlə şiddətlənə biləcək yanğınlara hazırlıqlı olduqlarını bildirib.

Eyni zamanda proqnozlaşdırılan yağışın yanğın təhdidini bir qədər azalda biləcəyi, amma yanğınlardan zərər çəkmiş ərazilərdə torpaq sürüşmələri təhlükəsini artıracağı ehtimalı var.

Milli Hava Xidməti çərşənbə axşamı və ya cümə gününə qədər Los Angeles ərazisində təhlükəli yanğın şəraitinin davam edəcəyini bildirib.

Sinoptiklər şənbə günü bölgədə 60%-80% arasında yağış ehtimalı olduğunu, amma çox sayda ərazidə yağışın 8 millimetrdən çox olmayacağını qeyd edib.

Şiddətli ildırımların yağışın gücünü artırmaq ehtimalı iki həftəlik yanğınlardan zədələnmiş təpəlik ərazilərdə torpaq sürüşmələri və daşqınlara səbəb olma qorxusu yaradıb.

Los Angeles şəhərinin meri Karen Bass Şəhər Şurası tərəfindən çərşənbə axşamı imzalanan fərmanının regionun yanğınlarından gələn zəhərli tullantıların axınını dayandırmağa, sahil və okeanları qorumağa xidmət etdiyini bildirib.

“Məqsədimiz artıq yanğınlardan zərər çəkmiş ərazilərdə əlavə zərərlərin qarşısını almaq və eyni zamanda su hövzələrimizi, sahil və okeanlarımızı zəhərli axıntılardan qorumaqdır” deyə, mer əlavə edib.

Şəhər işçiləri zəhərli materialları təmizləyəcək və axıntıları kanalizasiya sisteminə yönəltmək üçün maneələr quracaqlar.

Yanğınlar azı 27 nəfərin ölümünə və minlərlə tikilinin dağıdılmasına səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.