Qaçırılan israilli rus tədqiqatçı sağdır; Bağdad onun azad edilməsi üzərində işləyir
Dünən, 11:24
İraq rəsmiləri təxminən iki il əvvəl İraq militantları tərəfindən qaçırılan israilli rus tədqiqatçının sağ olduğunu və onun azadlığa buraxılması üçün çalışdıqlarını bildirib.
Reuters-in məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn cümə axşamı İsveçrənin Davos şəhərində Axios-un müxbiri ilə söhbətində Princetoun elmlər doktorluğuna namizədi Elizabet Tsurkovun sağ olduğunu və İraqın baş naziri Məhəmməd əl-Sudaninin onun azad edilməsi üzərində çalışdığını bildirib.
39 yaşlı Tsurkov 2023-cü ilin martında İraq paytaxtına getdikdən qısa müddət sonra Bağdadda oğurlanıb. İkili İsrail Rusiya vətəndaşı dissertasiyası üçün sahə işləri məqsədi ilə İraqa getmişdi.
İsrail vətəndaşlarının İraqa getməsi qadağandır, lakin İsrail hökumətinə görə, Tsurkov ölkəyə daxil olmaq üçün Rusiya pasportundan istifadə edib. İsrail hökuməti 2023-cü ilin iyulunda bildirib ki, Tsurkov İraq hökuməti və İranla əlaqəsi olan güclü şiə militantı Kataib Hizbullah tərəfindən saxlanılır.
2023-cü ilin noyabrında ABŞ tərəfindən terror təşkilatı kimi tanınan Kataib Hizbullah Tsurkovun taleyinin bu günə qədər təsdiqlənmiş yeganə sübutu olan videosunu yaymışdı.
Onun bacısı Emma Tsurkov deyib ki, ailə “İraq hökumətinin artıq bildiyimiz şeyi etiraf etməsini görməkdən məmnundur: Elizabeth sağdır və İraqın baş nazirinə bağlı militantlar tərəfindən İraqda girov saxlanılır.
"Eyni zamanda, biz İraq hökumətinin onun heç bir real təqib olmadan azad edilməsi ilə bağlı boş vədlərindən bezmişik" - deyə, oi Amerikanın Səsinə bildirib.
Keçən il Emma Tsurkov və digər iki qardaş Sudaninin rəsmi səfəri zamanı Vaşinqtonda geniş kampaniyaya başlayıb. Atlantik Şuranın ev sahibliyi etdiyi panel müzakirəsi zamanı Emma Tsurkov İraq liderinin sözünü kəsərək, Bağdadın bacısının azad edilməsində fəaliyyət göstərməməsinə etiraz edib.
Cavabında Sudani bildirib ki, onun hökuməti Tsurkovun işini izləmək üçün işçi qrupu yaradıb.
ABŞ Dövlət Departamenti Tsurkovun işinin Sudani ilə Ağ Evdəki görüşü zamanı keçmiş prezident Co Bayden tərəfindən qaldırıldığını təsdiqləyib. Emma Tsurkov prezident Donald Trampın girovlarla bağlı xüsusi elçi vəzifəsinə namizədi Adam Boehlerə istinad edərək, ailənin "Elizabetin işinin artıq yeni SPEHA-nın radarında olduğunu bilir" deyib.
Boehler rəsmi olaraq vəzifəsinə başlamazdan əvvəl ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.