Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirməkdə israrlıdır

25-01-2025, 10:19           
Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirməkdə israrlıdır
ABŞ Prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatına çevirməkdə israrlıdır.

TASS xəbər verir ki, o, növbəti dəfə bu barədə Şimali Karolinada jurnalistlərə açıqlamasında deyib.

"Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versə, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər. Onların hazırda çox yüksək vergiləri var", - o bildirib.

Tramp həmçinin ordu ilə bağlı da müəyyən güzəştlərin tətbiq olunacağını deyib.

Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə oxşar fikirlər səsləndirib. O, sonuncu dəfə yanvarın 6-da Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.