ABŞ-nin neftayırma zavodları Kanada və Meksika neftinə alternativ axtaracaq

Bu gün, 10:14           
ABŞ-nin neftayırma zavodları Kanada və Meksika neftinə alternativ axtaracaq
ABŞ-dəki neftayırma zavodları Kanada və Meksikadan neft idxalına tətbiq edilən gömrük rüsumlarından sonra bu yanacaq mənbələrinə alternativ axtarmağa başlayacaq.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Donald Trampın qərarı nəticəsində zavodlar əsasən Latın Amerikası və Yaxın Şərq ölkələrinə yönələcək.

Agentlik bildirir ki, ABŞ neft emalı müəssisələri Braziliya, Qayana və qismən İraqdan xammal idxalını artırmağa çalışacaq. Meksika isə öz neftini Avropa və Asiya bazarlarına yönləndirə bilər, Kanadanın isə ABŞ-yə tədarük edilən neft üçün endirim tətbiq etməsi gözlənilir.

Bu dəyişikliklər nəqliyyat xərclərinin artmasına və tədarük zəncirlərində dəyişikliklərə səbəb ola bilər.

Fevralın 3-də Meksika prezidenti Klaudiya Şeynbaum Tramp ilə telefon danışığından sonra ABŞ-nin gömrük rüsumlarının müvəqqəti dayandırıldığını açıqlayıb.

Bundan əvvəl isə Tramp Kanada ilə bağlı gömrük tariflərini ölkənin baş naziri Castin Trüdo ilə müzakirə etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.