İsveç sualtı kabelin qırılmasının səbəbini müəyyən edib

4-02-2025, 11:34           
İsveç sualtı kabelin qırılmasının səbəbini müəyyən edib
İsveç Baltik dənizində Latviya kabelinin zədələnməsini təxribat hesab etmir.

Demokrat.az xəbər verir ki, bu barədə İsveç Baş Prokurorluğunun saytında məlumat verilib.

Mütəxəssislər müəyyən ediblər ki, kabel qırılmasına hava şəraiti, avadanlığın çatışmazlığı və naviqasiya bacarıqlarının zəif olması səbəb olub.

İsveçrə tərəfi kabeli qırmaqda şübhəli bilinən “Vezhen” gəmisi ilə bağlı həbsi də aradan qaldırıb.

İsveç Milli Təhlükəsizlik Agentliyinin baş prokuroru Mats Ljungqvistin sözlərinə görə, ilkin istintaq sistemli və hərtərəfli aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru