İrandan şok təhdid: "Borcunu ödə, yoxsa..."

12-10-2016, 00:47           

İraq hökuməti ortaq qaz boru xətti ilə bağlı razılaşmaya uyğun olaraq vaxtında ödəməni həyata keçirməsə, qaz nəqlini dayandıracağıq.

Axar.az xəbər verir ki, bunu İranın Neft nazirinin müavini və Milli Qaz Şirkətinin rəhbəri Həmid Rza İraki deyib.

O bildirib ki, rəsmi Bağdad yaşadığı iqtisadi problemlərdən dolayı ödənişi həyata keçirməkdə çətinlik çəkir:

“İraq aylardır ki, ödəniş həyata keçirmir. Layihənin aparıcı şirkəti özəl olduğundan ödəniş aparılmadan qaz ixrac edə bilmərik”.

Qeyd edək ki, 2013-cü ildə İran və İraq hökumətləri arasında sözügedən razılaşma imzalanmışdı. Müqaviləyə görə, İraqa ildə 10 milyard kubmetr həcmində qaz nəql ediləcəkdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru