Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV

4-02-2025, 11:48           
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü artıq bərpa edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, tədarük ötən həftənin sonunda bərpa olunub.

"Reuters"in əldə etdiyi məlumata görə, Tramp hakimiyyəti əvvəlcə Kiyevə silah tədarükünün tam dayandırılması imkanını nəzərdən keçirib.

Qeyd olunur ki, Amerika administrasiyasında Ukraynaya silahların hansı həcmdə veriləcəyi ilə bağlı fikir ayrılıqları var.

Ağ Ev məlumatı hələlik şərh etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru