Dövlət Departamenti:“Rusiya və Suriya hökuməti güclə Hələbi istila etməyə çalışırlar”

12-10-2016, 09:40           

Rusiya və Suriyanın hökumət qoşunları güclə Hələb şəhərini istila etməyə çalışırlar.

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

“Son günlər müşahidə etdiklərimiz onu göstərir ki, baş verənlər Hələb şəhərini zorla istila etməkdən başqa bir şey deyil”, – deyə Kirbi bildirərək, şəhərin mühasirəyə alındığını qeyd edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsinin fikrincə, Rusiya və Suriya Hərbi-Hava Qüvvələri qəsdən bölgədəki dinc sakinlərə zərbələr endirirlər. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru