Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

7-02-2025, 15:34           
Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq
Fransa Senatı 2025-ci il üçün büdcəni təsdiqləyib və onu Konstitusiya Şurasına göndərib.

“Reuters” xəbər verir ki, şuranın təsdiqindən sonra prezident Emmanuel Makron qanun layihəsini imzalaya biləcək.

Büdcə 2025-ci ildə kəsirin 5,4 %-ə qədər azaldılmasını nəzərdə tutur. Bu da dövlət xərclərinin azaldılması və zəngin vətəndaşlar, eləcə də korporasiyalar üçün vergilərin artırılması hesabına əldə ediləcək. Eyni zamanda, büdcədə hərbi xərclərin 2024-cü illə müqayisədə 3,3 milyard avro artırılması nəzərdə tutulur.

Agentlik qeyd edib ki, baş nazir Fransua Bayru xüsusi konstitusiya səlahiyyətlərindən istifadə edərək qanun layihəsini irəli sürüb. Çünki onun sələfi 2024-cü ildə qanun layihəsinin qəbul edilməsinə nail ola bilməyib. Bu, müxtəlif siyasi qüvvələrlə çoxhəftəlik müzakirələr fonunda baş verib.

“Bir saniyə belə itirmək olmaz”, – büdcənin yekun mətnini müzakirə edən qanunvericilərin qrupunu təmsil edən senator Jan-Fransua Yusson bildirib.

Qanun layihəsinin lehinə 219, əleyhinə 107 senator səs verib.

Beləliklə, qanun layihəsi qəbul edilmiş hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru