ABŞ-ın marağının artması ilə Qrenlandiya müstəqillik ambisiyalarını seçki ilə sınaqdan keçirir

Bu gün, 15:24           
ABŞ-ın marağının artması ilə Qrenlandiya müstəqillik ambisiyalarını seçki ilə sınaqdan keçirir
ABŞ prezidenti Donald Trampın təbii sərvətlərlə zəngin adaya nəzarəti ələ keçirməyi vəd etməsindən sonra beynəlxalq diqqət mərkəzində olan Qrenlandiya sakinləri çərşənbə axşamı yaxından izlənilən seçkilərdə səs verirlər.

Yanvar ayında vəzifəyə gəldikdən sonra Tramp Danimarkanın yarı muxtar ərazisi olan Qrenlandiyanı Birləşmiş Ştatların bir hissəsi edəcəyinə söz verərək, bunun ABŞ-ın təhlükəsizlik maraqları üçün həyati əhəmiyyət daşıdığını deyib.

Cəmi 57 000 əhalisi olan ada buzların əriməsi ilə öz resurslarının daha əlçatan olduğu və yeni gəmiçilik marşrutlarının açıldığı Arktikada geosiyasi üstünlük uğrunda yarışa cəlb olunub.

Digər tərəfdən həm Rusiya, həm də Çinin regionda hərbi fəaliyyəti güclənib.

Keçmiş koloniya və 1953-cü ildən Danimarka ərazisi olan Qrenlandiya ərazisinə görə Texasdan üç dəfə böyükdür.

1979-cu ildə ilk Qrenlandiya parlamenti yaradıldıqdan sonra məhdut muxtariyyət qazanıb. Lakin Kopenhagen xarici siyasət, müdafiə və maliyə siyasətinə nəzarət edir və ada iqtisadiyyatına ildə bir milyard dollardan bir qədər az yatırım edir.

Qrenlandiya 2009 ildəki referendumla tam müstəqilliq əldə etmək hüququ qazanıb. Lakin Danimarkanın iqtisadi dəstəyi olmadan həyat səviyyəsinin aşağı düşəcəyindən narahatlıqlara ğörə hələ də bunu etməyib.

Lakin Trampın adaya olan marağı status-kvonu sarsıdıb və yerli xalqların öz İnuit mədəniyyəti ilə artan qüruru ilə birlikdə müstəqllik istəyini bu seçkidə önə çıxarıb.

Seçki məntəqələri 11 mart tarixində 11 saat ərzində açıqdır. Yekun nəticələrin isə martın 12-də açıqlanması gözlənilir. Bununla belə seçkilərlə bağlı heç bir sorğu və ya exit-poll gözlənilmir.

Yanvarda keçirilən sorğular göstərir ki, Qrenlandiya sakinlərinin əksəriyyəti müstəqilliyi dəstəkləyir. Bununla belə sorğular bunun vaxtı və həyat standartlarına potensial təsiri ilə bağlı fikir ayrılıqlarının olduğunu göstərir.

Reuters agetliyinin paytaxt Nuukda keçirdiyi sorğu əhalinin müstəqilliyə can atdığnı göstərib. Bununla belə, bir çoxları sürətli keçidin iqtisadiyyata zərər verə bilməsi, universal səhiyyə və pulsuz təhsil kimi sosial xidmətlərin ləğv edilə bilməsindən narahat olduqlarını dilə gətirib.

Qrenlandiya adası elektrik avtombillərindən tutmuş, raket sistemlərinə qədər yüksək texnologiya sənayesində istifadə olunan nadir faydalı qazıntı ehtiyatlarına malikdir.

Bununla belə, Qrenlandiya ətraf mühitlə bağlı narahatlıqlar, sərt hava şəraiti və Çinin sektora demək olar ki, tam nəzarət etməsi ilə başqa yerlərdə şirkətlərin qazanc əldə etməsi və ya alıcıları təmin etməsini çətinləşdirirməsi səbəbindən bu faydalı qazıntıların çıxarılmasında olduqca ləng davranır.

İnvestisiya vədləri

Donald Trampın ilk əvvəl hərbi gücdən istifadə etməyi istisna etməməsi ada əhalisinin narahatlığına səbəb olsa da sonradan mövqeyini yumşaldıb və yerli əhalinin iradəsinə hörmət edəcəyini, eləcə də onlar ABŞ-a qoşulsalar, "milyarlarla dollar sərmayə qoymağa hazır olduğunu" bildirib.

Qrenlandiyanın baş naziri Mute Egede adanın satılmadığını vurğulayıb və xarici təzyiqlərə qarşı müqavimət göstərmək üçün geniş koalisiya hökumətinin yaradılmasını müdafiə edib.

Bazar ertəsi Danimarka televiziyası DR tərəfindən yayımlanan müsahibədə o, Trampın təklifini hörmətsizlik kimi qiymətləndirərək, bunun əvəzinə digər ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Hakim İnuit Ataqatigiit və hökumət koalisiyasının tərəfdaşı Siumut da daxil olmaqla, altı əsas partiyanın hamısı müstəqilliyi dəstəkləyir. Lakin bu müstəqilliyin necə və nə vaxt əldə olunacağı ilə bağlı fikir ayrılıqları var.

Aparıcı müxalifət qüvvəsi olan müstəqillik tərəfdarı Naleraq partiyası ABŞ-ın marağı və Danimarkanın Qrenlandiyanın mineral sərvətlərinin tarixi istismarı ilə bağlı yeni ittihamlarla seçki ərəfəsində mövqeyini gücləndirib.

"Bu, bizim müstəqillik seçkimizdir", Naleraq partiyasının namizədi Qunanuk Olsen vurğulayıb.

Partiya hesab edir ki, ABŞ-ın marağı Qrenlandiyanın Danimarkadan ayrılmaq üçün apardığı danışıqlarında mövqeyini gücləndirir və Kopenhagenlə razılaşmanı dörd ildən sonra keçiriləcək növbəti seçkiyə qədər səsverməyə çıxarmağı hədəfləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.