Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi

Bu gün, 10:21           
Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi
Naxçıvan Muxtar Raespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir tenderinin nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, söhbət Şahbuz şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmiri işlərinin satın alınmasından gedir.

Məlumatda bildirilir ki, müsabiqənin qalibi “CONSTRUCTION BUSINESS GROUP” MMC olub. Şirkətlə bu işlərin görülməsi üçün 161 min 296 manatlıq müqavilə imzalanıb.

Xatırladaq ki, Naxçıvan MR ƏƏSMN-i son iki gündə sözügedən şirkətə 3 tender verib. Belə ki, qurum Şahbuz və Culfa DSMF-lərinin binalarının təmirini də “CONSTRUCTION BUSINESS GROUP” MMC-yə həvalə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru