FHN-in tenderinin udan şirkət lin dövlətə vergi borcu varmış - FOTO

Bu gün, 09:48           
FHN-in tenderinin udan şirkət lin dövlətə vergi borcu varmış - FOTO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması üzrə tenderin qalibini müəyyən edib.

32gun.az xəbər verir ki, Tenderin qalibi ATLAS ALLİANCE GROUP Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tərəflər arasında 208.482,4 AZN-lik müqavilə bağlanması gözlənilir.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin dövlətə 45 min manatdan çox vergi borcu mövcuddur. Şirkətin borcu 45.794,18 AZN təşkil edir.

Qeyd edək ki, ATLAS ALLİANCE GROUP-un nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Azər İsmayılov Rəhəm oğludur.

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi postuna Elnar İmanov təyin edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru