Qafqaz qartalı Şeyx Şamilin artilleriyası
Bu gün, 09:14

Rusiya işğalına qarşı Qafqazda mübarizə simvollarından biri də Şeyx Şamil idi. 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir. Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. Bununla bərabər özünün də məhdud olan əsgəri qüvvəsi də gündən-günə azalmışdı. Qafqazın bütün müsəlman xalqları Rusiya imperiyasına qarşı mübarizə aparıblar.
Şeyx Şamilin dəstəsində Qafqazdan hər bir millət var idi. Şeyxin hörmət etdiyi şəxslər içərisində Azərbaycanlı din xadimi-qaçaq Əhməd Şeyxzadə ilə yanaşı Rus işğalına qarşı QƏZAVAT ( islam dinindən olmayan xalqlarla din uğrunda aparılan müharibə; cihad) elan edilməsi fətvası verən Azərbaycanlı din alimi Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani idi.
Qafqazın azadlıq hərəkatının rəmzi olaraq, Şeyx Şamil təkcə Qafqazda deyil, Osmanlı və digər İslam ölkələrində də böyük hörmət qazanmış və Qafqaz tarixində öz imzasını qoymuşdur. Onun mübarizə yoldaşları o dövrə aid silahlara malik idilər. Xüsusilə bu gün yazacağım Şeyx Şamilin topçu briqadası barədədir.
Qeyd edim ki, Dağıstanda kiçik çaplı topların istehsalı və istifadəsi yalnız 18-ci əsrdə mümkün olub. Mənbələrdə ələ keçirilən topların Nadir şahdan alınması haqqında məlumat verilir, lakin onların istifadəsi haqqında heç nə deyilmir. 1830-cu ildə Çartala yaxınlığındakı və Qudermes yaxınlığındakı döyüşdə İmam Qazi-Məhəmmədin əsgərləri tərəfindən ələ keçirilən iki topun da faydasından yararlana bilmədilər.
1840-cı ildə dağlarda top istehsalı üçün ilk cəhdlər edildi. Darqoda tökmə zavodu təşkil olunur və
Hacı-Cəbrayıl tərəfindən tökmə toplar istehsal etməyə başlanır. Tökmə topun ilk nümunəsi uğursuz oldu; atəş açdıqdan sonra top partladı. Lakin növbətisi daha keyfiyyətli oldu.
Digər mühüm amil silah heyəti idi. Yerli xalqlar istifadə edə bilmirdi, pul məbləğində Şamilə xidmət edənlər isə rus fərari əsgərləri idilər. Lakin dağlıq yerdə topu düzgün quraşdırmaq və hədəfə atmaq çətin olurdu və ətrafdıklara ziyan vururdu.
Şeyx Şamil ordusunu nizami qaydada formalaşdırmağa çalışırdı – onun başçılıq etdiyi silahlı qüvvələr süvari, piyada və nizamihissələrindən və 50 topluq artilleriyadan ibarət idi. Bir qayda olaraq, 15 minlik döyüşçüdən ibarət qoşun ümumi səfərbərlik zamanı 40 minə qədər çatdırıla bilirdi.
Dağıstan dağlarında çoxda barıt da istehsal olunurdu. Buna ehtiyac çox böyük idi və Şamil orada üç barıt zavodu tikdirdi, hətta az sayda mərmi və bomba istehsal etdilər, lakin onların keyfiyyəti çox aşağı idi: dağ silah ustalarında qurğuşun yox idi. Artilleriya sursatlarının əksəriyyəti müharibə qənimətlərindən idi. Daha sonra Şamil raket mərmiləri istehsal etməyə və istifadə etməyə başladı.
Ruslar dağlıların artilleriyadan istifadə məharətini, xüsusilə nişanlı atəşin dəqiqliyini və manevr sürətini yüksək qiymətləndiriblər. Döyüşdə Şeyx Şamilin silahlarını ələ keçirmək cəhdləri adətən uğursuzluqla nəticələnirdi. Səbəb isə Şamilin nə qədər qəribə də olsa, bu güclü silahı əlində möhkəm tutması, onu qoruması və heç kimə güvənməməsi idi. Onun komandirlərindən yalnız iki-üç, adətən müridlər bir-iki top alırdılar. Dağlılarım artilleriyasının bütün qalan hissələri Şamilin iqamətgahı ərazisində cəmləşmişdi.
Onun qoşunlarına rusları böyük heyrətə salan istehkamlar quran, yolları asfaltlayan və dağıdan mühəndislər də daxil idi.
Son olaraq qeyd edim ki, Şeyx Şamil yeganə adamlardan idi ki, Qafqaz dağlılarının müqavimətinin mərkəzləşdirilməsi üçün hüquqi sistem qurdu. İmam Şamil güclü siyasi sistem qurmaqla İmaməti Qafqazın aparıcı siyasi müəssisəsinə çevirdi. Şeyx Şamil yekunda ruslara qarşı kortəbii müqavimətin heç bir nəticə verməyəcəyini düşünüb, dağlıları daha böyük fəlakətlərdən qorumaq üçün təslim oldu. Əvvəlcə Kaluqa şəhərində, daha sonra isə Kiyevdə saxlanılan Şamil Həcc ziyarəti üçün Çar II Aleksandrdan icazə alaraq 1869-cu ildə İstanbula gəlir. İmam Şamil Mədinədə olarkən xəstələnir və 1871-ci il fevralın 17-də 74 yaşında orada vəfat edir. Mədinə şəhərindəki məşhur Əl-Bəqi qəbiristanlığında dəfn olunub.
Onun mühacirəti və mübarizə ilə dolu həyatı özündən sonra bir çox müqavimət hərəkatı üçün nümunəyə çevrilib.
Prof.Dr.Zaur Aliyev