Gəncədə binaların həyətinə asfalt vurulması üçün pul yığılır? -Video

Bu gün, 10:14           
Gəncədə binaların həyətinə asfalt vurulması üçün pul yığılır? -Video
Gəncə şəhəri Aida İmanquliyeva küçəsində yerləşən binaların həyətlərini asfalt vurulması üçün sakinlərdən pul yığılır.

Gəncənin Aida İmanquliyeva küçəsində (keçmiş Muxtar Hacıyev küçəsi) uzun illərdir gözlənilən asfaltlama işlərinə start verilib. Əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Məlumata görə , uzunluğu təxminən 1 kilometr 200 metr olan küçədə əvvəlcə yolun bərkidilməsi işləri aparılıb, hazırda isə asfalt örtüyünün salınması prosesi həyata keçirilir.

Lakin görülən işlər bütün sakinləri qane etməyib. Şikayətçilər bildirir ki, ərazidə yalnız nazik asfalt zolağı çəkilir, binaların qarşısı isə əvvəlki kimi toz-torpaq içində qalır. Bizdən əlavə ödəniş tələb edirlər ki, işləri yükunlaşdırsınlar.

Məsələ bağlı Gəncə icra hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.

Qurumların fikirlərini dərc etməyə hazırıq. Bakunews.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru