Xalq şairi Rəsul Rza 1938-ci ildə yazdığı "Stalin yoldaşa" adlı şeeri....

Bu gün, 09:44           
Xalq şairi Rəsul Rza 1938-ci ildə yazdığı  "Stalin yoldaşa" adlı şeeri....
Xalq şairi Rəsul Rza 1938-ci il 1 may tarixli "Ədəbiyyat qəzeti"ndə "Stalin yoldaşa" adlı şeirində Türklərin ölkəmizi çapıb taladığını yazır. Milli hökuməti aşağılayan ifadələr işlədərək, bolşeviklərin tərifini göyə qaldırır.
Şeirin tam mətni:
STALİN YOLDAŞA
Ey sənətə ilham verən, bizə doğru yol göstərən,
Məhəbbəti şahin kimi üstümüzdə qanat gərən!
Ey sözləri yaz yeli tək ruhumuza qüvvət verən,
Salam sənə xalqımızdan, onun sənət ordusundan,
Ey sənətin böyük dostu, ulu rəhbər, böyük insan!

Qarşında qoy mən sazımın tellərini dilləndirim.
Dərya kimi coşan könlün sellərini dilləndirim,
Şən elimdə əsən bahar yellərini dilləndirim,
Onlar desin ağ günümdən, mahnılarım dilə düşsün.
Gözlərimdən sevinc yaşı axsın gilə-gilə düşsün.

Qara günlər keçirmişəm hamı bilir mən başımdan,
Daş əriyər, günəş sönər çıxmaz o gün yaddaşımdan.
Gəlir minbir solan ömrün qəm sorağı hər daşımdan.
Bu yerlərdə MUSAVATIN at sürdüyü qara gündən,
Ruhu azad mərd xalqımın böyük qəlbi yara gündən.
Durna gözlü bulaqların sərin suyu zəhər oldu.
Nə gün doğdu üstümüzə, nə gecələr səhər oldu.
Anaların göz yaşları topladığı bəhər oldu.

Həddi aşdı azğınlığın, kim dil açdı sus! - dedilər.
Daş torpağı casus qoyub, ürəkləri pus! – dedilər.
Ana vətən yaxşı bilir kim oynatdı at elimdə,
Evlər yıxdı, qanlar içdi, doymadı, qat-qat elimdə,
Taladılar kəndlərimi düşdü çat-ha-çat elimdə,

Dağıtdılar dönə-dönə Şəmkirimi, Şirvanımı
Mən o gündən tanımışam, öz dostumu, düşmanımı.
Türklər bizə qardaş deyib elimizi talayanda,
Müsavat hər ingilisin ayağını yalayanda,
Nemeslərin ac sürüsü, rast gələni dalayanda.
Rus xalqının qardaş əli sıxdı bizim əlimizi,
Doğdu günəş o gün bizim işıqlatdı elimizi.
Sən o günün şahidisən ey elimin xilaskarı!

Sən vermisən ölkəmizə bu gülşəni, bu baharı.
Həyat gülür üzümüzə, sındırıldı qəm hasarı,
Çəkiləndə böyük adın xalqın deyir var ol ata.
Sən yetirdin ellərimi bu gündüzə, bu həyata.
Yadınızda qalır böyük həyatının varaqları,

Qamçılarkən sahilləri dalğaların göy qatarı.
Titrəyirdi yumruğundan daş məhbəsin daş divarı,
Orda İlyliç buxtasının ulduzları yanrı indi.
O keçmişdən yoxdur əsər köhnə Bayıl hanı indi.
Bir də dönməz keçən günlər, vətənimiz batmaz yasa,
Qoymarıq ki, yadlar bizim torpaqlara ayaq basa.,
Azad olmuş xalqımızın bu xoş gündə nəyi varsa,
Sən vermisən onu bizə ey elimizin xilaskarı,
İndi açıb hər tərəfdə azad xalqın ilk baharı.

Fərəh dolu günümüzdən bir parçadır bu gördüyün.
Xalqımızın görülməmiş bayramıdır bu şanlı gün.
Stalin tək bir atan var, öyün, xoşbəxt xalqım öyün!
Ömür güldü bu ellərə, qızıl günəş axdı gəldi.
Tərlan təbim nə durmusan qanadlanmaq vaxtı gəldi.

Salam sənə böyük insan, xalqımızdan salam sənə!
Bir mehriban oğul kimi atılaydım qucağına,
Gülüstana çevrilibdir tanıdığın bax elimiz,
Salam sənə xalqımızdan bizim köhnə bakılımız!
Asif Osman












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru