NUH NƏBİNİN GƏMİQAYA SALNAMƏSİ - ONUN QAPICIQDAN ORDUBADÇAY DÜZƏNLİYİNƏ TAMTƏRAQLA ENDİRİLMƏ SƏHNƏSİ
Bu gün, 09:54

Aşağıda birinci şəkildəki daş səthinə həkk edilmiş hekü (gil yazıda hekayə) çooox maraqlıdır. Bu daş salnamə sanki Ordubadın başı üstündən enən Nuh Nəbini, gəmidəki bir il on gün sular üzərində üzəndən sonra onun komandasının üzvləri heyvanların müşayiəti altında çox böyük hörmət-izzət, təmtəraq və deyərdim, kəhkəşanlı dəbdəbə ilə Ordubadçayın düzənliyinə endirilmə səhnəsinin əksidir. Daş özü dil açıb danışır:
“ – Ey Müqəddəs ODLAR YURDU!* Təkcə Bəşəri deyil, bütün canlıları ölümdən xilas etmiş ATAERKİL (PATRİARX) NƏBİNİ - PEYĞƏMBƏRİİ qəbul et !”
Ataerkil Nuh Nəbi Ordubadçay sahilinə xüsusi hazırlanmış taxtda əllərdə gətirilir. Onu əjdaha - əjdər müşayiət edir. Daşa yonulmuş şəklin aşağısı olmadığından, heyvanın növünü qəti təyin etmək çətindir. Əgər sağdakı bucağın lap sonunda görünən fiqurun quyruğudursa, o, Əjdərdir (sol şəkildə quyruq və ayaqlar mənim əlavəmdir). Çox güman ki, bu, ağzından od püskürən Əjdahadır (sağdakı ədəbiyyatdan alınmadır).
Dinozavra da oxşasa da, hələlik gəlin, əjdahanın üstündə durub petroglifi analiz edək. Lakin qeyd etməliyəm ki, başqa bir daş səthində gəmidən təzəcə endirilmiş heyvanlar içərisində dinozavra bənzəyən yenə bir fiqur nümayiş etdirilir. Buna görə də dinozavr da bu yazı üçün günəridir (aktualdır).
İndiki, söhbət əjdahadan düşdü, onun barəsində bir neçə söz:
Əjdaha xeyirxah gücün, firavan həyatın, müdrikliyin, qüvvətin, hərbi qüdrətin, dünya enerjisinin və onun ilkinlyinin, dünyanın yaradıcı mahiyyətinin və əsasən də, varidatın, cah-calalın, zənginliyin, altunla, daş-qaşla dolu xəzinənin qoruyucusunun və bütün bunları ümümiləşdirsək, təbiət stixiyasını özündə cəmləşdirmiş əzəli varlığın rəmzidir.
Onun arxasındakı üzü bəri baxan heyvan həm xallı ceyrana, həm də bəzəkli barsa oxşayır. Rolu nədir? Bilinmir. Bəlkə də səhnəyə dinamiklik vermək üçün qazılıb.
Əjdahanın arxasında qanadlarını yanlara və yuxarıya - səmaya gərmiş quşlar Simurq quşlarını andırır. Dövrün daşqazıyan ustaları yaxın-uzaq müstəvini səthdə verə bilmədiklərindən quşlar elə bil əjdahanın belində oturublar. Yox !
Böyük Xilaskarın Empireyinin (Taxtının) dirəklərini insanın dar günündə əlindən tutan bu iki quşun saxlamasında çox böyük rəmzi məna var.
Çünki "Simurq quşu sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verər, onlara bir çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırar. Məşhur nağıl qəhrəmanımız olan Məlikməmməd obrazının da əsas yardımçısı məhz Simurq quşu olub. Çətinə düşən Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya çıxarıb.
Simurq - Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir. İnsanları qaranlıqdan işığa çıxaran obraz kimi təsvir edilir. 375 gün sular qoynunda üzən Bəşəri Ordubadın başı üstündəki Gəmiqayada yenidən quruya çıxartmış Nəbisinin taxtının yanar Simurq quşlarının qanadları üstündə oturdulması möhtəşəm məntiqdir:
“SƏN, Ey NƏBİ NAİD, bizləri cəhənnəm zülmətindən İŞIĞA çıxardın !”
Uluların müdrikliyini sadəcə anlamaq lazım...
Bir əfsanəyə görə ilk dəfə məhz həmin quş göydən, yaxud müqəddəs dağdan yer üzünə "həyat ağacının" kökünü gətirib. Simurq quşu bəzi mənbələrdə ilahi gözəlliyin simvolu kimi də təsvir olunur".
Taxt-tacın yan, əsas dayaq dirəklərini ayaqüstdə tutan eyni tip iki fiqur haqqında hələlik fikir söyləmək çətindir. Şəkil 4. Nəyə oxşayır onlar? Əqrəbə, qarışqaya, hətta Kainatın hansısa səmtindən gəlmiş özgə səyyarə övladlarına? Onu da siz deyin.
Ortada əllərini qalib pəhləvan kimi belinə verib, əslində əyri qılıncın qəbzəsindən yapışımı halda ağacın (taxtın) üstündə hakimanə duran NUH NƏBİDR, NƏBİ NAİDDİR (gil sözüdür YARADICIDIR).
ULU ƏLEYÜSSALAM PEYĞƏMBƏRİMİZİN SAĞLIĞINDA DAŞA YAPILMIŞ İLK və yəqin ki, SON "FOTOSU". Şəkil 5.
Başının üstünü bəzəyən 12 piramidaşəkilli fiqur cökə (sedar və ya kedr) ağacıdır yəqin. Şəkil 6.
Halə kimi göy qübbəsi formasında çəkilmiş yarımdairəvi xətt yerin səthinin də işarəsi ola bilər. Onun üstündə NUH NƏBİNİN öz əlləri ilə əkiləcək cökə ağacları yeni həyata qədəmin yeni rəmzidir.
Bilmirəm, Naxçıvanda bu bəşəri ağac varmı? Varsa, onları öpüb əzizləyin. Onları Ulu TÜRK yurdu Babildən NUH NƏBİ özü öz gəmisində bir il on gün (375 gün!) əzizləyib, suvartdırıb, qayğıya bürüyərək gətirib və öz əlləri ilə də yeni çiv çaldığı - yəni, məskən saldığı Vətənində - az sonra Ordubad düzənliyindən gəldiyi Naxçıvançay sahillərində əkib, becərib.
Yunan və Roma hökmdar, imperator, sərkərdə və qəhrəmanlarının başlarına taxılan bəzək simvolu olmuş qüdsal Dəfnə budağı təki, ilk ulularımızın qəhrəmanlıq, comərdlik rəmzi kimi ola bilərdi kedr ağacı. İncildə adı 103 dəfə çəkilən və daima yaşıl qalan cökə ağacı tarixən gücün, əzəmətin, ilahi nemətin və ÖLMƏZLİYİN SİMVOLU kimi çıxış edib. U Babilanın qonşusu Livanın bayrağında bu gün də əsas elementlərdən biridir (İnternetdə baxa bilərsiz). İnanmaq olar ki, Babildə də u müqəddəs ağac sayılıb. Ona görə də Nəbinin başının üstünü onunla bəzəyiblər.
Az qala deyəcəkdim ki, ölməzliyin simvolu olan cökənin 12 sayı NUH NƏBİNİN ADAM Peyğəmbərdən başlanan əcdadlarının sayına bərabərdir. Amma hayıf ki, Ataerkillərin (Bəşər patriarxları) Şəcərə siyahısında NUH NƏBİ 10-cu nəslin övladıdır:
Adam (türk sözdür), Kain (Xain) və ya Sez (3-cü oğlu olub), Önok, Kənan, Mahalel (elin işıq aldığı...), İrad, Enac (Anac-müdrik), Mefulsalah (təmizlik üçün doğulmuş), Lamek – (İşıqsəpən) və NUH.
Göründüyü kimi, adların hamısı türkcə mənalanır.
NUHA isə – türkcə, sümük iliyi anlamını verir.
Bizim hamımız isə u iliyin törəmələriyik.
Onun NAXÇIVANDAKI Məzar-Mavzoleyini daim yad edək.
Ora gedən ayaq izləri bir an silinməməlidir.
GƏMİQAYA RƏSMLƏRİ TAMAMƏN NUH NƏBİ İLƏ BAĞLIDIR
7-ci, məqalədəki sonuncu şəkil Nuhun gəmidən enmiş adamlarının bizim kimi gələcək nəsillərinə ötürdükləri mesajdır:
"Su burada bizi quruya çıxmağa imkan verdi. Bu da biz, itimizlə! Çıxdıq ətrafı öyrənək."
Arxadakı dairəvi dalğalar burulğanlı daşqının təsviridir, yəqin ki. Dalğalardan solda - gəmiyə oxşar kiçicik şəkil Gəmiqayada çivə çalınmış Nuhun gəmisidir. Dairədən sola-gəmiyə doğru ayrılan su şırımı gəminin su sahilində bərkidildiyini söyləyir bizlərə. Gərgin fiziki və mənəvi ölüm-dirim mübarizəsində keçən 375 gündən sonra u, nəhayət, quru TORPAQ üzü görüb.
Gəminin qalıqlarını Ağrı (Ararat) dağında deyil, bu bölgədə axtarmaq lazımdır.
Və bu hələ son deyil...
NƏBÜ - NAİDİ - NUHUN Qapıcıq dağında oturmasının hekülərini danışan hələ çoxsaylı Gəmiqaya petroqlifləri var ki, sirlərini açdıqcan bizə çox nəsnələr söyləyir.
__________________________________
Şəkil 1. Gəmiqaya yaslanına oturdulmuş gəmidən çıxan Nuh Peyğəmbərin Qapıcıq dağından Ordubadçay düzənliyinə (indiki şəhər yerinə) endirilmə səhnəsi
2. Peyğəmbəri endirən cah-calalı əjdaha - əjdər müşayiət edir.
3. Solda daşdakı fiqur. Sağda əfsanəvi Simurq quşu.
4. Empireyin – İlahi taxt-tacın yan dirəklərindən yapışmış fiqurlar məchulluq əmsalıdır hələlik...
5. Soldakı lap kiçicik portret daşüstü “fotodan” alınmadır. Onu bilgisayarda böyüdəndə sağdakı AĞ SAQQALLI BABA alınır.
6. Cökə ilə bəzədilmiş Empirey – İlahi taxt-tacı.
7. "Su burada bizi quruya çıxmağa imkan verdi. Bu da biz, itimizlə! Çıxdıq ətrafı öyrənək."
Tariyel Azerturk
TEREF






