İnsana bənzər robotların ilk “Olimpiya oyunları” bu gün başlayır

Bu gün, 10:18           
İnsana bənzər robotların ilk “Olimpiya oyunları” bu gün başlayır
Çin bu gündən etibarən dünyanın ilk insani robot oyunlarına ev sahibliyi edir. Üç gün davam edəcək tədbirdə 16 ölkədən 280 komanda hazırladıqları insani robotlarla müxtəlif yarışlarda qüvvəsini sınayacaq.

Valyuta.az xəbər verir ki, rəsmi məlumata görə, yarışlarda 500-dən çox insani robot iştirak edəcək. Turnirə Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Pakistan, Meksika, Portuqaliya, Yaponiya və Braziliya kimi ölkələr qatılıb.

Bu beynəlxalq tədbir süni intellekt və robot texnologiyalarının gələcək inkişafına dair mühüm bir platforma kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru