Ağ Ev: "ABŞ-nin köməyi olmasaydı, fransızlar indi almanca danışırdılar"

18-03-2025, 11:48           
Ağ Ev: "ABŞ-nin köməyi olmasaydı, fransızlar indi almanca danışırdılar"
Fransa əhalisi Birləşmiş Ştatlara minnətdar olmalıdır.

TASS xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

O, Azadlıq heykəlini Fransa hökumətinə qaytarmaqla bağlı suala "Əlbəttə ki, yox", - deyə cavab verib.

"Mən xatırlatmaq istəyirəm ki, yalnız ABŞ-nin sayəsində fransızlar indi alman dilində danışmırlar. Onlar bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar", - deyə Livitt əlavə edib.

Qeyd edək ki, Azadlıq heykəli Nyu-Yorkun və ABŞ-nin əsas simvollarından biridir. 1885-ci ildə ucaldılan 93 metrlik abidə Fransanın ABŞ xalqına hədiyyəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru