CAR-da pinqvinlər üçün xilas planı hazırlandı

24-03-2025, 12:50           
CAR-da pinqvinlər üçün xilas planı hazırlandı
Pretoriyanın Ali Məhkəməsi bu həftə Cənubi Afrika Respublikasının (CAR) qərb sahillərində nəsli kəsilmək təhlükəsi ilə üzləşən Afrika pinqvinlərinin qorunması məqsədilə altı zonada 10 il müddətinə sənaye balıq ovunu qadağan edib.

TASS xəbər verir ki, qərar CAR-da ətraf mühit təşkilatları ilə balıq ovu şirkətləri arasında əldə edilən kompromisin nəticəsidir və məhkəmə tərəfindən təsdiq edilib.

Qeyd edək ki, CAR-ın qeyri-hökumət ətraf mühit təşkilatı "BirdLife South Africa" bir il əvvəl pinqvinlərin qorunması məqsədilə məhkəmə iddiası qaldırıb.

Nəticədə Afrika pinqvinlərinin ən böyük yuvaqurma yerləri ətrafında altı zonada kommersiya balıq ovu və dəniz məhsulları ovu qadağan edilib. Bu ərazilər Dassen, Robben, Stouni-Poynt, Dyer, Sent-Krua və Berd adalarıdır. Bu ərazilərdən bəzisi paytaxt Keyptaun yaxınlığında yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru