Dağıstanda 4 silahlı məhv edilib

22-10-2016, 09:04           
Dağıstanda 4 silahlı məhv edilib
Dağıstanın Qızılyurt rayonunda 2 silahlı məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Stalsk kəndi yaxınlığında qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları minik avtomobilini saxlayıb yoxlamaq istədikdə maşından onlara atəş açılıb. Başlanmış atışmada maşındakı 2 nəfər qətlə yetirilib.

Hadisə yerində operativ-istintaq qrupu işləyir. Silahlıların şəxsiyyəti müəyyənləşdirilir.

Bundan əlavə, Dağıstanın Tsumadin rayonunda antiterror əməliyyatı zonasında iki silahlı məhv edilib. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru